Şəfəqə Doğru » Gündəm » Koronadan sağalan gənclərdə bu xəstəliklər yarana bilər - Video

Koronadan sağalan gənclərdə bu xəstəliklər yarana bilər - Video

Koronadan sağalan gənclərdə bu xəstəliklər yarana bilər - Video

Koronavirus infeksiyasını keçirən gənc insanlarda sağaldıqdan 2-3 ay sonra ürək və damar problemləri yaranır.

Shafaqadogru.com xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "İşgüzar səhər" verlişində qonaq olan həkim Samir Əsgərov bildirib.

"Bu, təngnəfəslik, ürək döyünmələri, qəfil halsızlıq, tez yorulma kimi hallar, təzyiqin qalxması və düşməsi kimi şikayətlərlə özünü göstərir. Bundan qorunma məsələsinə gəldikdə isə deyə bilərəm ki, dəfələrlə deyildiyi kimi, məsafəni qorumaq lazımdır.

Ola bilər ki, biz 5 saat öncə analiz verək və nəticəsi neqativ çıxar. Ancaq kiminləsə kontaktda olduğumuz zaman yoluxa bilərik. Yoluxduğumuz zaman isə digərlərini də yoluxdura bilərik", - deyə həkim əlavə edib.