Şəfəqə Doğru » Gündəm » Ermənistanla Azərbaycan sərhəddində toqquşma baş verib? - Erməni qırıcıları HAVAYA QALXIB

Ermənistanla Azərbaycan sərhəddində toqquşma baş verib? - Erməni qırıcıları HAVAYA QALXIB

Ermənistanla Azərbaycan sərhəddində toqquşma baş verib? - Erməni qırıcıları HAVAYA QALXIB
Erməni mənbələri dünən Qarabağda toqquşmaların baş verdiyini bildirir.

Ovqat.com-un məlumata görə, atışmaların əsasən Xankəndi və Şuşa yaxınlığındakı kəndlərdə yaşandığı iddia olunur.

Erməni mənbələri həmçinin bildirirlər ki, Qubadlı ərazisi ilə Zəngəzur (Sünik) bölgəsi ərazisində də atışma baş verib.

Digər məlumata görə, Ermənistan Silahlı Qüvvələri bölgəyə qırıcı təyyarələrini göndərib.

Qafan icmasının rəhbəri Gevorg Parsyan da "Hraparak" qəzetinə açıqlamasında Azərbaycanla sərhəddə atışmanın olduğunu təsdiqləyib. Onun sözlərinə görə, "sərhəddə bu cür insidentlər tez-tez baş verir, budəfəki atışma isə daha uzun çəkib”.

Azərbaycan Müdafiə Nazirliyi isə bu faktı təsdiqləyən hər hansı məlumat yaymayıb.