Şəfəqə Doğru » Gündəm » TƏBİB: Vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur

TƏBİB: Vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur

TƏBİB: Vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur
"Koronavirus əleyhinə vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur".


Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, baş ağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül simptomların olması isə normal qəbul edilir: "Bu kimi hallar 2-ci dozaya əks göstəriş sayılmır. Vaksinasiya strategiyasına uyğun olaraq yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi başlayıb, ciddi anafilaktik reaksiyaların olması müşahidə edilməyib".

Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "Coronavac" və İngiltərənin Oksford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (istehsalçı şirkət "AstraZeneca") istifadə olunur.