Şəfəqə Doğru » Gündəm » Putin Zəngəzurda baş verənlərlə bağlı mövqeyini AÇIQLADI - ermənilərə KREML ŞOKU

Putin Zəngəzurda baş verənlərlə bağlı mövqeyini AÇIQLADI - ermənilərə KREML ŞOKU

Putin Zəngəzurda baş verənlərlə bağlı mövqeyini AÇIQLADI - ermənilərə KREML ŞOKU
Məlum olduğu kimi, Zəngəzur istiqamətində Azərbaycanın öz dövlət sərhədlərində sərhədçilərini yerləşdirməsi Yerevanda "Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirilib. Ermənistan rəhbərliyi kömək üçün KTMT-yə müraciət edib, eyni zamanda Rusiyadan hərbi yardım istəyib.

Azmarka.az xəbər verir ki, rəsmi Yerevanın bu qaraqışqırığı fonunda Rusiyadan gələn açıqlamalar kifayət qədər diqqətçəkicidir və Ermənistan rəhbərliyi üçün xəyalqırıqlığı sayıla bilər.

Xüsusilə Putinin bu mövzuda mövqeyi sözügedən ölkədə "soyuq duş" effekti yaradıb.

Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmür.

Peskov deyib ki, Putin həmin razılaşmaların icrasına alternativin olmadığını hesab edir: "İndi sərhəddə gərginliyin azaldılması və vəziyyətin düzəlməsi üçün ciddi səylər göstərilir".

Rusiya liderinin sözçüsü əlavə edib ki, Rusiya Qarabağda vəziyyətin tənzimlənməsi məsələsində daim Azərbaycan və Ermənistanla təmasdadır.
Elə Rusiya XİN başçısı Sergey Lavrovun da dünəmn keçirdiyi mətbuat konfransında Ermənistanın əsassız və mənasız hay-həşirini apardığı darmadağın edən bir bəyanat verib. Sitat: "Bircə güllə də orda atılmayıb, bircə toqquşma da baş verməyib. Oturublar və sakitcə bu situasiyanı necə həll etməklə bağlı danışıqlar aparıblar. Bizdən də danışıqlarda iştirak üçün xahiş ediblər, bizim hərbçilər də iştirak edib və razılıq əldə olunub. Mən burda hisslərlə oynamaq və insanları qıcıqlandırmaq üçün heç bir səbəb görmürəm, məsələni sakitcə həll edirik”.

Maraqlıdır ki, Putinin və Lavrovun mövqeyi də Ermənistan hökumətinin və digər dairələrin qaraqışırığını dayandırmayıb. Bir daha aydın görünür ki, bu ölkədə həyasızlığın həddi-hüdudu yoxdur.