Şəfəqə Doğru » Gündəm » Əliyevə ilk təbrikin London və Pekindən gəlməsinin şok sirri: Ərdoğanın səfəri niyə yubanır...

Əliyevə ilk təbrikin London və Pekindən gəlməsinin şok sirri: Ərdoğanın səfəri niyə yubanır...

Əliyevə ilk təbrikin London və Pekindən gəlməsinin şok sirri: Ərdoğanın səfəri niyə yubanır...
Dünya geopolitik savaşın sonuncu mərhələsindədir və xarici siyasətdə balans yürütmək istəyən ölkələr bu yoldan imtina etməyə başlayırlar.
Hələ 2014-cü ildə Ukrayna böhranı başlayanda dünyanın yeni nizam quruculuğu gedirdi, təhlilçilər yazırdılar ki, dövlətlər strateji seçim etməli olacaqlar.
Bu regionda Gürcüstan, Ermənistan, Ukrayna strateji seçimləri etmişdilər, Azərbaycanın da dilemma qarşısında qaldığı söylənilirdi. Artıq demək olar ki, rəsmi Bakı öz siyasi marşrutunu müəyyənləşdirib.
Bu il 28 May Respublika Günü münasibətilə Azərbaycan Prezidentini ilk təbrik edən II Elizabet və Si Cinpin oldu. İlk təbrikin bu iki liderdən gəlməsi təsadüf deyil.
Çindən Britaniyaya uzanan "Bir kəmər, bir yol” layihəsində Azərbaycandan keçən Orta Dəhliz Qarabağ müharibəsindən sonra daha da aktuallaşdı, Şimal və Cənub dəhlizlərinin Bakı üzərində altılıq platforması çərçivəsində birləşməsi ideyası ortaya çıxdı.
Əslində böyük tabloda proseslərə baxanda 30 il sonra müharibə edə bilməyimiz və qalib gəlməyimiz bu layihə olduğunu demək lazımdır.
İndisə London və Pekindən ilk təbriklərin gəlməsi göstərir ki, Bakı hansı siyasi strateji seçimini edib.
Əlbəttə, burada Rusiya faktorunu heç bir halda gözardı etmək olmaz. Şimal qonşunun müharibədəki neytrallığı və nəticədə öz qoşunlarını Qarabağa yerləşdirməsi əvvəlcədən razılaşdırılmışdı. Lakin Britaniya və Çin üçün Dağlıq Qarabağ ərazisində hansı sülhməramlı qüvvənin olması əhəmiyyət kəsb etmirdi, onlar geoiqtisadi layihə üçün böyük hasar olan bu münaqişənin başa çatmasını, kommunikasiyanın açılmasını prioritet hesab edirdilər.
London və Pekin üçün Xankəndi mövzusu son dərəcə önəmsizdir. Zəngəzur dəhlizi üzərindəki geosiyasi toqquşma da bu prosesin tərkib hissəsidir. "Bir kəmər, bir yol” Avrasiyanın, eləcə də dünyanın gələcəyini müəyyənləşdirəcək layihədir.
Rusiya və İran da layihədə yer alır, amma Moskva və Tehranın əks-həmlələrinin səbəbi Orta Dəhlizin aktuallaşması ilə layihədən daha az pay götürəcəkləri narahatlığıdır.
Üstəgəl, Ankaradan Mərkəzi Asiyaya uzanan coğrafiyada yeni regional gücün formalaşması Kremlin ürəyincə deyil. Lakin bütün güclərin arzu-istəkləri tam yerinə yetməlidir deyə bir öhdəlik yoxdur.
Rusiya xoşlamasa da bu proje işə düşəcək. Onsuz da Moskva istəyinə nail olub, öz ordusunu Qarabağa yerləşdirib, Zəngəzur dəhlizindən də yararlanacaq.
Anaxeber.info bildirir ki, üçüncü təbrik isə ABŞ prezidenti Cozef Baydendən gəldi. Ağ Ev rəhbərinin Əliyevə məktubunda da Azərbaycanı məmnun edən məqamlar var idi. Məktubda ABŞ Xəzərdəki yatağın Azərbaycanla Türkmənistanın birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətliyyətlə dəstəkləyir.
İkinci məsələ 2021-ci ilin yanvarında Azərbaycan və Türkmənistan arasında imzalanan memorandumla həllini tapdı: tərəflər mübahisəli yatağa "Dostluq” adı verərək, birgə istifadə üzərində razılaşdı. Türkmən qazı Bakıya çatdırılmasa, Avropanın enerji ehtiyacı tam ödənməyəcək.
Nəhayət Azərbaycan üçün aktuallıq kəsb edən sonuncu məsələ - Türkiyə lideri Ərdoğanın səfərinin yubanması suallar yaradıb. Bəzi analitiklərin fikrincə, Türkiyə prezidentinin Ramazan bayramında Şuşaya gəlişi nəzərdə tutulmuşdu, amma nəyəsə görə ertələnib.
Amma yaxın həftələrdə Ərdoğanın Azərbaycana səfəri gözlənilir. O, Bakıya 15-20 iyun tarixləri arasında da gələ bilər. Türkiyə milli komandası futbol üzrə Avropa çempionatında iki oyununu Bakıda keçirəcək: Türkiyə - Uels (16 iyun); Türkiyə - İsveçrə (20 iyun).
Ərdoğan Bakıda Əliyevlə birlikdə Türkiyə millisinin oyunlarını (ikisindən birini) stadiondan izləyə bilər. Siyasi mesaj baxımından bunun 20 iyunda - Ermənistanda növbədənkənar parlament seçkiləri günündə olması ehtimalını irəli sürmək mümkündür.
Ancaq müharibədən sonra Ankara proseslərdə əvvəlki qədər aktiv görünmür. Ağdamda yaradılan Monitorinq Mərkəzinin fəaliyyəti ilə də bağlı hər hansı məlumatlara rast gəlmirik. O demək deyil ki, Türkiyə Azərbaycanı tək qoyub, sadəcə, Ankara üçün Pekin və London qədər mühüm olan Zəngəzur – Mehri yolu, yəni Turan yolunun açılmasıdır...
Anaxeber.info