Şəfəqə Doğru » Gündəm » "İndi Rusiya dünyanı bölüşdürəcək gücdə olan ölkə deyil..."

"İndi Rusiya dünyanı bölüşdürəcək gücdə olan ölkə deyil..."

"İndi Rusiya dünyanı bölüşdürəcək gücdə olan ölkə deyil..."
Bəzən bizim politoloqlar və ya politoloji ədəbiyyatla nəzəri cəhətdən məşğul olanlar elə düşünürlər ki, bu, Qarbaçov-Reyqan görüşü kimi yenilik gətirəcək bir proses olacaq. Lakin bu, inandırıcı deyil. Çünki o vaxt ikiqütblü dünya mövcud idi, Moskva və Vaşinqton dünyanın taleyini həll edəcək qərarlar qəbul edə bilirdilər. İndi isə dünyanın taleyini həll edəcək qərarlar Rusiya ilə qəbul edilmir. Rusiyanın təsirləri sözsüz ki, var, amma burada Çin amili də var, eləcə də Avropa Birliyi faktoru mövcuddur.
 
Təbii ki, Putin-Bayden görüşü əhəmiyyətlidir, burada müəyyən məsələlər müzakirə olunacaq. Amma dünyanın bölüşdürülməsi kimi məsələlər ağlabatan deyil. Burada ola bilsin ki, nüfuz dairələri ilə əlaqəli məsələyə aydınlıq gələcək. Çünki ABŞ-ın Rusiya ilə münasibətlərində Qafqaz mövzusundan da artıq prioritet təşkil edən Ukrayna məsələsidir. Ukrayna məsələsi, əslində, Qərbin və ABŞ-ın nüfuzunun tam darmadağın olduğu məsələdir. Yəni Ukraynanın təhlükəsizliyinə təminat vermişdilər, amma bunu edə bilməyiblər. Digər yandan, indiki halda Rusiya dünyanı bölüşdürəcək gücdə olan ölkə deyil. ABŞ və Çin liderləri arasında bu cür görüşlər keçirilsəydi, belə fikirlər daha çox ağlabatan olardı.
 
Fazil Mustafa, Millət vəkili