Şəfəqə Doğru » Gündəm » İstanbulda azərbaycanlı sürücü küçədə güllələndi — VİDEO

İstanbulda azərbaycanlı sürücü küçədə güllələndi — VİDEO

İstanbulda azərbaycanlı sürücü küçədə güllələndi — VİDEO

Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı güllələnib.

Shafaqadogru.com  Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə gecə vaxtı Küçükçekmecedə baş verib.
 
 
 
 
 
Ad - 00:15
Neo Qled S21 in-page


Məlumata görə, motosikletlə gələn şəxs işıqfordan dayanan avtomobilə atəş açıb. Silahlı insident nəticəsində sürücü ağır yaralanıb.

Şübhəli şəxslər motosikletlə hadisə yerindən qaçıblar. Sürücünün yanında olan qadın sərnişin isə silahlı hücum zamanı xəsarət almayıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ağır yaralanan sürücüyə ilk tibbi yardım göstərərək, onu yaxınlıqdakı xəstəxanaya aparıblar. Polis əməkdaşları isə ərazidə araşdırmalar edib və motosikletlə qaçan şübhəliləri tutmaq üçün axtarışlara başlayıb.