Şəfəqə Doğru » Gündəm » Paşinyan indi də “Rusiyanın öz agenti” çıxdı - Məntiqli görünən araşdırma…

Paşinyan indi də “Rusiyanın öz agenti” çıxdı - Məntiqli görünən araşdırma…

Paşinyan indi də “Rusiyanın öz agenti” çıxdı - Məntiqli görünən araşdırma…
"Paşinyan sayəsində Qarabağda sülhməramlı adı altında Rusiya Federasiyasının bütöv bir quru qoşun birliyi peyda oldu…”
 
"Və görünən odur ki, onun hakimiyyətə gəlməsinin mənası məhz bundan ibarət idi: Türkiyənin oraya girişini məhdudlaşdırmaq üçün Rusiya Silahlı Qüvvələri birləşmələrinin Cənubi Qafqaza yeridilməsi..."
 
"Sözdə o, "Sorosun adamı", "Qərb xüsusi xidmətlərinin agenti"dir, amma əslində bütün siyasəti Ermənistan və Rusiyanın inteqrasiyasına və SSRİ-nin bərpasına yönəlib...”
 
Azərbaycan və ümumiyytlə, dünyada Rusiyameyilli əksər şərhçi və araşdırmaçılar hazırda Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdən onun Qərbin, daha doğrusu, ABŞ "dərin” dövlətinin alətlərindən biri olan, "rəngli inqilab”lar ustası, dələduz milyarder  Corc Sorosun "adamı” olduğunu vurğulayırlar. Lakin Azərbaycanın 44 günlük müzəffər savaşından, yəni işğal altındakı torpaqlarımızın əksər hissəsinin birbaşa nəzarətimizə keçməsindən sonra  Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın "mənəvi oğlu” haqqındakı fikirlər daha da haçalandı. Opponentləri onu nəinki Qərbin, ABŞ-ın, Türkiyənin, hətta Azərbaycanın "agenti” adlandırmaqdan belə, çəkinmədilər...  
 
2021-ci ilin əvvəllərindən isə daha bir ağlasığmaz iddia yayılmaya başladı: Əksəriyyətin onun Rusiyaya qarşı olduğunu düşündüyü Paşinyan guya elə Rusiyanın özünün gizli agentidir... 
 
Paşinyanın Rusiya xüsusi xidmət orqanlarının agenti olması haqda müəllifinin adı gizli saxlanılan və Rusiyanın "FİSHKİ.NET” nəşrində dərc olunmuş aşağıdakı versiya isə ilk baxışdan bu günədək üzə çıxan iddialar arasında daha məntiqli və əsaslı görünür.
 
Moderator.az həmin materialın tərcüməsini bütövlükdə nəzərinizə çatdırır:
 
«Son aylarda Ermənistanın baş naziri o qədər Rusiyapərəst bəyanatlar verib ki, Ermənistanın bütün əvvəlki liderləri hamısı birgə bunu edə bilməyiblər. O,  Ermənistanla Rusiya arasındakı münasibətləri yaxşılaşdırmağı, iki ölkə arasındakı inteqrasiya dərəcəsini artırmağı və s. təklif edib.  
 
"Ermənistan-Rusiya əməkdaşlığını və Rusiya Federasiyası ilə hərbi-siyasi müttəfiqliyi dərinləşdirmək gündəmimizdəki mövzulardan biridir. Rusiya tərəfindən də analoji istək var" - Nikol Paşinyan 20 yanvar 2020-ci il tarixli çıxışında növbəti dəfə bəyan edib.
 
Paşinyan sayəsində Qarabağda sülhməramlı adı altında Rusiya Federasiyasının bütöv bir quru qoşun birliyi peyda oldu… Və görünən odur ki, onun hakimiyyətə gəlməsinin mənası məhz bundan ibarət idi: Türkiyənin oraya girişini məhdudlaşdırmaq üçün Rusiya Silahlı Qüvvələri birləşmələrinin Cənubi Qafqaza yeridilməsi. Paşinyanın sözləri ilə əməlləri üst-üstə düşmür. Sözdə o, "Sorosun adamı", "Qərb xüsusi xidmətlərinin agenti" dir, amma əslində bütün siyasəti Ermənistan və Rusiyanın inteqrasiyasına və SSRİ-nin bərpasına yönəlib...
Nikol Paşinyan klassik casusluq modelinə əsasən hərəkət etdi – özünü onlara "özlərininki” kimi təqdim edərək Ermənistanın qərbyönümlü müxalifət dairələrinə nüfuz etdi və sonra  onun imicinin hazırlandığı məqsədin tam əksini etdi. Almaniyanın yuxarı dairələrinə nüfuz edən, lakin SSRİ-nin mənafeyi naminə işləyən Stirlits personajı da belə idi...
Nikol Paşinyan:
 
1) Bütün hay-küyə rəğmən Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı sonda həbs etmədi. Eks-prezidentə qarşı təhdidlərin bir mif olduğu ortaya çıxdı. Və Köçəryan  Ermənistanda rusiyapərəst sayılır;
 
2) Ermənistanda digər Rusiyapərəst siyasətçi sayılan  keçmiş prezident və baş nazir Serj Sarkisyana qarşı, demək olar ki,  heç bir şey etmədi;
 
3) Ermənistandakı qərbyönümlü ideyanın reytinqini məhv etdi. Çünki Qarabağdakı müharibə zamanı "qərbyönümlü” lider kimi imicini tam aşağı saldı;
 
4) Ermənilərə, ruslara və bütün dünyaya "qərbyönlü" ideyanın bu fikri qəbul edən insanların torpaqlarının itirilməsinə gətirib çıxardığını göstərməklə Vladimir Putinin hakimiyyətini, Serj Sarkisyanın, Robert Köçəryanın isə imicini gücləndirdi;
 
5) Ermənistanın keçmiş prezidentləri tərəfindən Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana verilməsi ilə bağlı qəbul edilmiş Madrid prinsiplərini bir çox cəhətdən həyata keçirdi.
 
Hazırda Nikol Paşinyan və Vladimir Putin ölkələrini dəmir yolu ilə birləşdirəcək nəqliyyat infrastrukturu qurmağa hazırlaşırlar.
 
Rusiyanın 2018-ci ildə Ermənistanın daxili işlərinə müdaxiləsinə gəldikdə:
 
Bütün bunlardan belə çıxır ki, Nikol Paşinyan "qərbyönümlü” bir siyasətçi, "Sorosun adamı” deyil, əksinə, Rusiyanın Ermənistandakı maraqlarını təmsil edir. 2018-ci ildə onun hakimiyyətə gəlməsi erməni müxalifətinin onu öz çevrələrinə alması üçün KİV-də və sosial şəbəkələrdə fəal şəkildə Paşinyanın "qərbyönümlü” olduğu barədə məlumat yayan Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirildi.  Ancaq bunun bir tələ olduğu ortaya çıxdı. Və erməni xalqına "qərbyönümlü" deyil, rusiyapərəst bir lider nəsib oldu.
Mövcud təhlillərə, faktlara və siyasətdə baş verənlərə əsaslanaraq 2018-ci ildə Rusiyanın Ermənistanın daxili işlərinə qarışdığına və müdafiəsini hakimiyyətə gətirə bildiyinə dair birmənalı nəticəyə gələ bilərik. Erməni xalqı yanıldıldı.
Rusiya ilə münasibətdə dünyanın fərqli bir yerində yerləşən ABŞ-ın qorxduğu məhz oxşar proseslərdir. Ancaq Ermənistan, demək olar ki, Rusiya ilə qonşu olduğu üçün daxili işlərinə müdaxilə təhdidlərinə məhəl qoymadı və müstəqil siyasət yürüdə bilmədi. Ermənistanın keçmiş prezidentləri də onun "qərbyönümlü" imicini dəstəkləməklə və publikaya Paşinyanın "əleyhdarları" rolunu oynamaqla onun hakimiyyətə gəlməsinə öz töhfəsini verdi”.
Beləliklə, Paşinyanın hansı ölkənin agenti olması haqda son nəticəyə gəlməyi oxucuların öz öhdəsinə buraxırıq...
 
Sultan Laçın