"Ermənistandakı seçkilərdən sonra bu ölkənin Azərbaycanla danışıqlara başlaması gözlənilirdi. Rusiya məhz bunun qarşısını almaq üçün Qarabağda erməni təxribatlarına rəvac verir”.
Politoloq hesab edir ki, baş verənlər Kremldən idarə olunur:
"Regionda sülhün və təhlükəsizliyin əldə edilməsi, Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi Qərbin regionda təsirinin artmasına gətirib çıxaracaq. Ona görə də Rusiya bunun qarşısını almaq üçün istənilən varianta əl atacaq. Hətta sərhəddə erməni silahlılarının Azərbaycana hücumunu təşkil edəcək. Qarabağdakı erməni silahlılarının postlarımıza hücumunu təhrik edəcək.
Baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək. Paşinyan seçkidə söz verdiyi kimi sülh və iqtisadi ikişafı təmin edə bilməyəcək. Bu da xalqda ciddi narazılıq doğuracaq. Nəticədə Qarabağ klanı və Köçəryan Rusiyanın dəstəyi ilə hərəkətə keçəcək. Rusiya bununla Paşinyanın mövqelərini sarsıtmağa çalışır”.
M.Əsədullazadə qeyd edib ki, Rusiyanın əsas planı post-münqaişə dövründə sülhün və təhlükəsizliyin əldə edilməsinə mane olmaqdır:
Günay Rəsulqızı