Şəfəqə Doğru » Gündəm » “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr

“Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr

“Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr
Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.
 
Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
 
Qeyd olunub ki, nazir döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.
 
Xatırladaq ki, avqustun 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.