Şəfəqə Doğru » Gündəm » “Taliban”ın qorxusundan Azərbaycana gələn əfqanlar - Dövlət Xidmətindən açıqlama

“Taliban”ın qorxusundan Azərbaycana gələn əfqanlar - Dövlət Xidmətindən açıqlama

“Taliban”ın qorxusundan Azərbaycana gələn əfqanlar - Dövlət Xidmətindən açıqlama
"Taliban" hərəkatının ölkədə nəzarəti ələ keçirməsindən sonra Əfqanıstandan Azərbaycana yeni qaçqın dalğası qeydə alınmayıb".
Shafaqadogru.com  xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən özəl sorğuya cavab olaraq bildirilib.

"Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə yiyələnməsi böyük köç dalğası yaradıb.

Hazırda bu ölkənin vətəndaşları əsasən İrandan keçməklə Türkiyə üz tuturlar.

"Hələ ki Xidmətə Əfqanıstan vətəndaşlarının Azərbaycana gəlişi ilə bağlı məlumat daxil olmayıb. Belə hal olduqda Dövlət Miqrasiya Xidməti öz səlahiyyətlərinə uyğun işlər görəcək. Pandemiya səbəbindən son dövrlər Azərbaycan qaçqın statusu ilə gələnlər demək olar ki, yoxdur", - deyə xidmətdən Yenisabah.az-a bildirilib.

"Hazırda ölkədə əvvəlki illərdən müraciət etmiş və qaçqın statusu almış 9 əfqan ərizəçi var”, - deyə əlavə olunub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin 2019-cu ilə aid məlumatına görə, Azərbaycanda sığınacaq axtaran 1944 nəfərin 1206-sı Əfqanıstan vətəndaşı olub.

Dövlət Miqrasiya Xidmətinin son hesabatına əsasən, 2020-21-ci illər arasında Azərbaycana gəlmiş xarici vətəndaşların sayı ümumən 12.813 nəfər olub.

Gələnlərin əksəri Rusiya, Gürcüstan, Türkiyə və s. ölkələrin vətəndaşlarıdır.