Shafaqadogru.com xəbər verir ki, Qaynarinfo-ya sözügedən xəstəxanayla bağlı maraqlı məlumat daxil olub.
Belə ki, sözügedən poliklinkanın baş həkimi Nazim İldırımzadədir. Nazim İldırımzadə tanınmış prokuror Yusif İldırımzadənin qardaşıdır.
Bir müddət əvvəl Yusif İldırımzadənin qardaşı, bağlanan "AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilmişdi. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

Bakı şəhər 33 saylı poliklinikanın baş həkimi Nazim İldırımzadə
Qeyd edək ki, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib.
Yusif İldırımzadə sabiq Daxili İşlər naziri Ramil Usubovun qudasıdır.