Şəfəqə Doğru » Gündəm » Qarabağ müzakirəsi: Çeçen ermənini belə susdurdu

Qarabağ müzakirəsi: Çeçen ermənini belə susdurdu

Qarabağ müzakirəsi: Çeçen ermənini belə susdurdu
Məşhur çeçen bloger Tumso Abdurahmanov tanınmış erməni ictimai fəal Aleksandr Aleksanyanı Qarabağın mənsubiyyəti mövzusunda faktlarla susdurub.
Shafaqadogru.com  xəbər verir ki, Abdurahmanov Teleqram kanalındakı canlı söhbət zamanı Aleksanyanı Qarabağın mənsubiyyəti mövzusunda diskussiyaya çağırıb.

Aleksanyan bildirib ki, Qarabağ xalqı Ermənistana qoşulmaq istəyini bəyan edib. Referendum keçirib.

Çeçen bloger onun sözünü kəsib:

"Saxla! Saxla! "Qarabağ xalqı” nədir? Belə bir anlayış yoxdur! Sən bu sözü deyəndə Qarabağda yaşayan azərbaycanlıları nəzərdə tutursan? O azərbaycanlıları ki, ermənilər onları öz doğma torpaqlarından qovub, etnik təmizləmə aparıb. Qarabağ ermənilərinin Ermənistana qoşulmaq istəyinə gəlincə, onlar bunu asanlıqla edə bilərdilər. Ermənistana qoşulmaq istəyən Ermənistana gedər. Başqasının torpağını niyə götürürsüz?"
Aleksanyan: Sən nəzərdə tutursan ki, o vaxt Qarabağda yaşayan ermənilərin 90%-i Ermənistana getməli, azərbaycanlıların isə 10%-i Qarabağda qalmalı idi?

Abdurrahmanov: Tamamilə doğrudur. Yalnız 10% deyil, daha çox. Sən, deyəsən, bir milyon azərbaycanlı qaçqını unutmusan. 90% haqqında bizə nağıl söyləmə!