Yarışın sonunda 35 kq çəkidə güləşən və kürsünün 1-ci pilləsində dayanan 3 saylı rus təmayüllü III sinif şagirdi 9 yaşlı Səmədzadə Rəvan Zaur oğlu yaşına uyğun olmayan ,qeri-adi fəndlərlə hər kəsi heyran etmişdir. Öz heyratamiz istedadı ilə, azerkeşlərin rəğbətini qazanan Rəvan mənin də ilgimi çəkdi və kimliyi ilə maraqlandım. Azərkeşlərin arasında nəvəsinin qələbəsi ilə qürur duyaraq, şəstlə dayanmış Fazil bəyi göstərdilər. Allah hər kəsə belə bir nəvə bəxş etsin. Fazil bəy və atası Zaur bəy Rəvanin bütün göstəriciləri ilə məni yaxından tanış etdilər. Zənnim məni yanıltmamışdı. 8 yaşlı pəhləvanımız nə az, nə də çox, müxtəilif yarışlarda 11 qızıl medalla təltif olunub. Çox sayda fəxri diplomlara layiq görülüb. Bu yaxınlarda uşaqlararası Azərbaycan çempiyonluğunda birinciliyi əldə etmiş və üç- dörd ay bundan öncə Gürcüstanın Tibilisi şəhərində keçirilən açıq yarışda birincilik qazanaraq, kürsünün birinci pilləsinə qalxmışdır.
Bəli, bu gün Rəvan bu naliyyətləri ilə, yalnız Babası Fazil bəyi və ailəsinin fəxarətləndirmir, eləcə də doğulduğu Qazax rayonu və olkəsi Azərbaycanın fəxridir.
Allah nəzərdən qorusun . Bütün uşaq və gənclərimizə örnək olmaqda davam etsin. Və böyüdükcə daha yüksək kürsüləri şərəfləndirsin. Müəllimi və məşqçi Azər Əhmədovunda canı sağ olsun.
Neymət bəy.