"Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyması rəsmi Bakı ilə Tiflis arasındakı strateji tərəfdaşlığın, müttəfiqliyin hansı səviyyədə olduğunu göstərir”.
Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev deyib.
O, bildirib ki, Gürcüstan bununla İrana açıq mesaj verir ki, regionda onun müttəfiqi Azərbaycandır və ona təhdid, təhlükə olarsa, o da bütün imkanları ilə dəstək verəcək:
Bundan başqa Gürcüstan 3+2 formatını da təklif edir. Yəni üç Qafqaz ölkəsi Türkiyə və Avropa Birliyi. Bu formatda da İrana yer yoxdur. Rəsmi Tehran hazırkı tutumunda israr etsə, Ermənistan xaric, bütün region ölkələrini qarşısına alacaq. Bu da tədricən onun iqtisadi blokadaya düşməsinə gətirib çıxaracaq”.
Xatırladaq ki, İran ötən gün Azərbaycanın Naxçıvan bölgəsinə hərbi uçuşlara qadağa qoyub və hava məkanını bağlayıb.
Turan Rzayev