Şəfəqə Doğru » Gündəm » Özdemir Bayraktar dəfn olundu - Fotolar

Özdemir Bayraktar dəfn olundu - Fotolar

Özdemir Bayraktar dəfn olundu - Fotolar

İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişən "Baykar” şirkətinin İdarə heyətinin sədri Özdemir Bayraktar dəfn olunub.

Shafaqadogru.com  "Hürriyet”ə istinadən xəbər verir ki, "Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktarın atası olan iş adamı Özdemir Bayraktar üçün Fatih məscidində vida mərasimi təşkil olunub.

Mərasimə Özdemir Bayraktarın həyat yoldaşı və oğulları ilə yanaşı Türkiyənin bir sıra siyasi və ictimai xadimləri də qatılıb. Sözügedən şəxslər sırasında ölkənin vitse-prezidenti Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, sabiq Prezident Abdullah Gül, səhiyyə naziri Fahrettin Koca və digər nazirləri görmək mümkün olub.

 

Vida mərasimindən sonra Özdemir Bayraktarın cənazəsi anadan olduğu Sarıyerin "Garipçe” məhəlləsində ailə qəbiristanlığına aparılaraq dəfn olunub.

Qeyd edək ki, Selçuk Bayraktarın atası, mühəndis və sənayeçi Özdemir Bayraktar oktyabrın 18-i 72 yaşında vəfat edib.