Xəstəxana ona görə yoxdur ki,3-4 il bundan öncə Səhiyyə naziri kəndlərdəki xəsdəxanaların ləğv edilib ,ixtisarlar aparılıb ,məntəqə kimi fəaliyyət göstərməsinə sərancam verib.Amma bilmirəm cənab nazir O.Şirəliyevin nəzərinə çatdırılmayıbmi ki,Qazax rayonunun Daş Salahlı kəndinin düz on min sakini və beş min üç yüz civarında seçicisi, üzdən iraq Ermənistanla 7-8 km-lik məsafədə sərhəddə yerləşir. Hələ onu demirəm ki, Akord sement zavod ,Gil kombinatı ,Gilan Holdinq ,Ata Holdinq ,onlarla daş karxanaları və digər sənaye müəsisələri o kəndin yaxın ətrafında fəaliyyət göstərir. Yaxın keçmiş yəni, 4-5 ay öncə Azərbaycan KİV-də ölkəmizdə üç böyük kəndə ,o cümlədən Daş Salahlı kəndinə şəhər statusu verilməsi barədə Azərbaycan Elmlər Akademiyası tərəfindən layihə təqdim olunub.Cənab nazirin nəzərinə qəzetimiz vasitəsi ilə onu da çatdırmaq istəyirəm ki,Daş Salahlı kəndinə bir xəstəxana bəs eləmədiyi halda həmin kənddə bu gün məntəqə də xoşa gəlməz vəziyyətdədir.
Qeyd edim ki,2015-ci il dekabr ayının ortalarında Daş Salahlı kəndində Yaponiya səfirliyinin təşəbbüsü və maliyə yardımı ilə inşa etdirdiyi məntəqənin açılışı oldu.Açılış Yaponiyanın ölkəmizdəki səfiri və RİH-nin başçısı başda olmaqla rayon və Daş Salahlı kənd içtimayyətinin iştirakı ilə gerçəkləşdi.Artıq dördüncü aydır ki,tibb məntəqəsinin işçiləri köhnə xəstəxanadan təzə tikilmiş tibb məntəqəsinə köçmək hazırlığında və əhvalı ruhiyyəsindədir.Amma hələ də köçə bilmirlər.Sən demə məntəqəyə birləşdirilmiş qaz və su xəttləri gözdən pərdə asmaq üçün müvvəqəti plastik borularla birləşdirilibmiş. Baxın xarici ölkənin tikdirdiyi içində doğum çarpayısından tutmuş bütün ləvazimatları yerləşdirildiyi məntəqənin öz ölkəmizdə rayonun səhiyyə şöbə müdiri Arzu Novruzovun dediyinə görə ,adiyyatı təşkilatlar tərəfindən texniki şərtlər verilmir. Çünki ,həmin təşkilatlara (yəni başda FHN olmaqla qaz,elektirik və s)rüşvət verilməlidir ki,o da heç kimin maraq dairəsində deyil.Beləcə də biçarə məntəqə hələ fəaliyyət göstərmək iktidarında deyil .
Səhiyyə şöbəsinin müdiri isə, yaxın gələcəkdə hər şey qaydasına düşəcək deyir. Yaxın gələcək isə ,bitəcək kimi görünmür.Mən isə deyirəm "heyf yaponların zənninə və çəkdiyi xərcə ".Yaponlar bilsəydi heç pullarını havaya sovurmazdı.Daş Salahlı kənd cammatı isə nəinki məntəqənin işə düşəcəyini hətta,əvvəlki xəstəxananın əsaslı təmir olunub tezliklə xəsdəxana kimi fəaliyyət göstərəciyinə ümid edir. Arzuları çin olsun .
Amma Daş Salahlı kəndinə də deyən gərək ,ay binəvalar heç üç ildi Qazax rayonunun mərkəzi xəstəxanası yoxdur .Onun haqqında düşünən,deyən varmı ki,ay cənab O.Şirəliyev bu boyda rayonun niyə mərkəzi xəstəxanası yoxdur? Əgər təzəni tikə bilməyəcəkdinizsə ,kimin sözünə baxıb, heç bir eybi olmayan mərkəzi xəstəxananı sökdürdünüz? Sökdürdünüz bəs yerinə təzəsini niyə tikdirmirsiniz?Bütün bunlara baxmayaraq,bir ildə Qazax rayon səhiyyə şöbəsi tərəfindən 2015-ci il ərzində bir milyona yaxın müxtəlif adlarla ,müxtəlif təşkilatlara vəsait köşürülüb,nəqdləşərək,talan olunub.Heç bunu soruşan yoxdur ki,mərkəzi xəstəxanası olmayan bir şöbədən bu qədər vəsait hara xərclənib?Bu qədər vəsaitdən Daş Salahlı kənd xəstəxanasının təmirinə də bir az pul ayırsanız günahmı etmiş olardınız deyən yoxdur.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin fikrini də dərc etməyə hazırıq.
Neymət Novruzlu.