Şəfəqə Doğru » Gündəm » “Rusiyanın tundrası yanır, Putin isə susur” - Bayden

“Rusiyanın tundrası yanır, Putin isə susur” - Bayden

“Rusiyanın tundrası yanır, Putin isə susur” - Bayden
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini tənqid edib.

Shafaqadogru.com   xarici KİV-nə istinadən xəbər verir ki, Bayden bu barədə Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin Qlobal İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında çıxışı zamanı danışıb.

"Rusiyada Putinlə eyni vəziyyət yaşanır. Onun da tundrası yanır. İqlimlə bağlı ciddi problemlər var. Amma o, susur”, - deyə ABŞ lideri bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin Romada keçirilən G20 sammitində "görünməyiblər”: "Çin dünya lideri olduğunu iddia edir, amma G20 kimi önəmli forumlarda iştirak etmir”.