Şəfəqə Doğru » Gündəm » Şəhid ailələri və qazilər üçün vergi güzəştləri tətbiq olunacaq

Şəhid ailələri və qazilər üçün vergi güzəştləri tətbiq olunacaq

Şəhid ailələri və qazilər üçün vergi güzəştləri tətbiq olunacaq

Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşir.

 

Shafaqadogru.com-un  məlumatına görə, bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 10000 manatadək olan hissəsi gəlir vergisindən azad olunması nəzərdə tutulur. Həmçinin Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsin əldən olunan gəlirin vergidən azad olunması nəzərdə tutulur.