Şəfəqə Doğru » Gündəm » Sarkisyan anasını niyə Azərbaycanda dəfn etdi? - HƏQİQƏTƏN DƏ...

Sarkisyan anasını niyə Azərbaycanda dəfn etdi? - HƏQİQƏTƏN DƏ...

Sarkisyan anasını niyə Azərbaycanda dəfn etdi? - HƏQİQƏTƏN DƏ...
Xəbər verdiyimiz kimi, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın anası dünyasını dəyişib. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın qatıldığı dəfn mərasimi Xankəndidə baş tutub.

Sarkisyanın anasını Azərbaycan şəhəri olan Xankəndidə torpağa tapşırması sosial şəbəkələrin hər iki seqmentində müzakirələrə səbəb oldu. Ermənilər bunu Xankəndinin əbədi olaraq onlarda qalacağı ilə əlaqələndirsələr də, azəbaycanlı sosail şəbəkə iştirakçıları fərqli mövqe ortaya qoydular. Onların fikrincə, Azərbaycan xalqı tolerant olduğu, kimliyindən asılı olmayaraq dünyadan köçən insanların xatirəsinə ehtiranla yanaşdığı davrandığı üçün Sarkisyanın ailəsi bu addımı atıb.

Ümumiyyətlə, bu məsələdə siyasi səbəb axtarmağa ehtiyac varmı?

Milli Məclisin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib.

"Burada siyasi səbəb axtarmağa ehtiyac yoxdur. Bəzən müəyyən məsələlərə görə müzakirələr aparılır. Həmin müzakirələrdə biz obyektiv yanaşma görə bilmirik.

Bəli, hazırki dövrdə Xankəndidə müəyyən sayda ermənilər yaşayır. Cənab Prezident də dəfələrlə bildirib ki, onlar bizim vətəndaşlardır. Sovet hökuməti dağılmadan öncə əvvəlki Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər yaşayırdı. Ermənilər yaşasa belə bu ərazilər bizimdir, hər zaman belə olacaq.

Sarkisyanın anasının dəfn mərasiminin Xankəndidə keçirilməsi ərazilərin ermənilərə aid olması demək deyil. Birmənalı olaraq həm beynəlxalq hüquq baxımından, həm də siyasi baxımdan bu ərazilər Azərbaycan əraziləridir. Azərbaycan torpaqlarının böyük əksəriyyətini işğaldan azad edib və yekun sülh müqaviləsi imzalamağa çalışır.

Hesab edirəm ki, tezliklə həmin ərazilər də tam olaraq Azərbaycanın nəzarətində olacaq. Orada yaşayan ermənilər də bizim vətəndaşlarımızdır, başqa cür ola bilməz.

Bu cür məsələlərdə siyasi səbəblər axtarmaq, kimisə günahlandırmaq istiqamətində addımlar atmaq doğru deyil”.