Şəfəqə Doğru » Gündəm » Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı

General-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, generalın minaya düşərək xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Xatırladaq ki, general-mayor Hikmət Həsənov ötən il noyabrın 20-də işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşüb. H.Həsənov xəsarət alıb.