Bakıda məktəbə “patı” gətirib, uşaqlara zorla veriblər? - DİN məsələyə aydınlıq gətirdi
- Tarix: 17-noy-2021, 13:45 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 30

Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Bakıda məktəblərin birinə "patı” gətiriblər.

Yazılanlara görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (Razində) qeydə alınıb. Gətirilən psixotrop maddə aşağı sinif şagirdlərinə zorla verilib.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, deyilənlər araşdırılıb və məsələ təsdiqini tapmayıb.

"Bəzi sosial şəbəkə senqmentlərində yayılmış məlumatlarda deyilənlərə görə, Bakıxanov qəsəbəsində məktəblərdən birinə psixotrop maddə - metamfetamin (patı) gətirilməsi ilə bağlı yayılan iddialar əsassızdır. Bu istiqamətdə keçirilən tədbirlərlə yayılan iddialar təsdiqlənmir.

Sosial şəbəkə istifadəçilərinə tövsiyyə edirik ki, belə əsassız, həqiqətə uyğun olmayan faktsız, iddialara inanmasınlar. Ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən bütün neqativ hallara qarşı mübarizə aparılır. Əgər kimdəsə belə əsaslı fakt varsa, həmin faktla Daxili işlər orqanlarına müraciət edilməlidir. Bu həm də vətəndaş məsuliyyəti və vətəndaş vəzifəsidir.


Oxşar xəbərlər