Şəfəqə Doğru » Gündəm » “Ermənilər ot tayasında yaşamalıdırlar” - Erməni professor

“Ermənilər ot tayasında yaşamalıdırlar” - Erməni professor

“Ermənilər ot tayasında yaşamalıdırlar” - Erməni professor
Ötən gün erməni professor Eduard Nşani Manukyan "Hraparak Daily” jurnalında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı müdafiə edən, Koçaryan və Sarkisyanı isə ittiham edən məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, Manukyan keçmiş prezidentləri Yevlaxa ediləcək hücumun qarşısını almaqda, habelə danışıqlarda loyallıq göstərməkdə, onların hazırda agent olmaqda ittiham edib.

Ermənistan müxalifətinin nümayəndələrindən biri, iqtisad elmləri doktoru, professor Qaqik İşxani Vardanyan ona çox maraqlı cavab verib. "Fakt” qəzetində məqalə ilə çıxış edən Vardanyan yazır ki, 1994-cü ildə Ermənistan qoşunlarının Yevlax istiqamətində hücumunun qarşısının alınması səbəbsiz olmayıb. "Məsələ Yevlaxı tutmaq deyildi. İndi görürsüz, rəqib necə qalib gəlir? Ermənilər inciməsin, Azərbaycan düz edir. Siz dəmiryolu qovşağından danışırsız. Amma baxın və görün, Gorus-Qafan yolu bütün Ermənistanı necə iflic edib. Və məsələ əraziləri işğal etmək deyildi. Halbuki türklər bu barədə gündəlik danışırlar və danışacaqlar. Problem, ən azı, Ermənistan sərhədlərinin ağlabatan demarkasiyası, o zaman mümkün olan ziqzaqların aradan qaldırılması idi. İndi görürsən nə baş verir? İnsanları yataq otağından donuz kimi qovurlar. Prinsipcə, haqlıdırlar. Biz ermənilərin də yataq otağı olmamalıdır. Bizə bir ot tayası kifayətdir”.

O daha sonra yazır ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin inandırmaq bacarığı çox yüksək olub. "Heydər Əliyev heç inandırmağa ehtiyacı olmayan birini inandıra bildi. Kazimirov isə aristokrat idi. Rusiya üçün çətin anlarda belə, Rusiyanın xarici işlər naziri ermənilərdən narahat idi. Təbii ki, Ermənistan döyüşən tərəf deyildi. Nikola nə dediyini xatırlayın? Yaxşı, əziz Nikol, indi torpaqları təhvil verməlisən. Eşidirsənmi”.