Azərbaycanın tanınmış müğənnilərinin adı Fətullah Gülənə yaxın olmaqda hallanır.
Müğənni Azərinin və Tünzalə Ağayevanın Türkiyədə Gülənə yaxınlığı ilə seçilən sənətçilər olması barədə iddialar var.
İddialar daha çox onunla əsaslandırırlır ki, müğənnilər ayrı-ayrı vaxtlarda Gülənin sözlərinə bəstələnmiş musiqilər ifa ediblər. Belə ki, Azərin 2012-ci ildə Türkiyədə "Saman yolu” televiziyasının 20 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə sözləri Fəthullah Gülənə, musiqisi Ertugrul Erkişiyə aid "Dünya” mahnısını ifa edib.
Əməkdar artist Tünzalə Ağayeva isə "Ona gedən yol” adlı konsertində Fətullah Gülənin sözlərinə bəstələnmiş "Gullerin Efendisi” adlı mahnılarını ifa edib.