Şəfəqə Doğru » Gündəm » Türkiyədə dollar 14,4 lirəyə yüksəlib

Türkiyədə dollar 14,4 lirəyə yüksəlib

Türkiyədə dollar 14,4 lirəyə yüksəlib
Bu gün dollar/lirə kursunda növbəti kəskin yüksəlmə qeydə alınıb.
Shafaqadogru.com  Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saatlarında dollar türk lirəsi (TL) qarşısında 5 faizə yaxın yüksələrək 13,85 səviyyəsindən 14,5 səviyyəsinə çatıb. Hazırda məzənnə bu səviyyəyə yaxındır.
 
 
TL-nin ucuzlaşması Türkiyə Mərkəzi Bankının gözlənilən faiz qərarı ilə bağlıdır. Bazar gözləntilərinə görə Mərkəzi Bank çərşənbə günü keçiriləcək toplantısında faiz dərəcəsini daha 100 bənd endirəcək. Hazırda 15 olan faiz dərəcəsi endirimdən sonra 14-ə düşəcək.
 
 
Bu gözlənti səbəbindən TL ilə vəsaiti olan şəxslər dollar alışını artırıb.
 
 
Xatırladaq ki, TL-nin dəyər itirməsi son aylarda xeyli güclənib. Bir ay ərzində dollar TL ilə müqayisədə 40 faizdən çox bahalaşıb. Noyabrda 10 TL olan dollar hazırda 14,4-ə satılır. Son bir ildə isə dollarda yüksəliş 2 dəfəyə yaxın olub. Ötən ilin dekabrında 7,5 TL-yə satılan dollar indiyə qədər 7 TL bahalaşıb.