Şəfəqə Doğru » Gündəm » "Onu deyən başından böyük səhv edir" - İcra başçısından REAKSİYA

"Onu deyən başından böyük səhv edir" - İcra başçısından REAKSİYA

"Onu deyən başından böyük səhv edir" - İcra başçısından REAKSİYA
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov uzun zamandır görünməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, icra hakimiyyətinin saytında dekabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin anım günündə hər hansı tədbirin keçirilməsinə dair məlumat yerləşdirilməyib. Sosial şəbəkə istifadəçiləri icra başçısı Bayram Səfərovun səhhətində problem yarandığını iddia ediblər.

DİA.AZ xəbər verir ki, bu barədə B.Səfərov "Unikal"a açıqlama verib:

"Vəziyyətim yaxşıdır. Səhhətimdə hər hansı bir problem yoxdur. Hazırda məzuniyyətdəyəm. Nə bilirsiniz ki tədbir keçirilməyib? Onu deyən başından böyük səhv edir".