Şəfəqə Doğru » Gündəm » Nikol Paşinyan bu gün Gürcüstana gedir – Proqram açıqlandı

Nikol Paşinyan bu gün Gürcüstana gedir – Proqram açıqlandı

Nikol Paşinyan bu gün Gürcüstana gedir – Proqram açıqlandı

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gələcək və burada hökumətlərarası iqtisadi komissiyanın iclasında iştirak edəcək.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gələcək. Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili erməni həmkarını hökumət administrasiyasında qəbul edəcək. İrakli Qaribaşvili və Nikol Paşinyanın sədrliyi ilə hökumətlərarası iqtisadi komissiyanın iclası keçiriləcək”, - məlumatda bildirilib.

Qeyd olunur ki, komissiyanın iclasına hər iki ölkənin hökumət üzvləri, eləcə də müvafiq qurumların rəhbərləri qatılacaqlar.