Şəfəqə Doğru » Gündəm » “Türkiyə lirəni qəsdən ucuzlaşdırıb... -Türk dünyasının vahid valyutası buraxılacaq...”

“Türkiyə lirəni qəsdən ucuzlaşdırıb... -Türk dünyasının vahid valyutası buraxılacaq...”

“Türkiyə lirəni qəsdən ucuzlaşdırıb... -Türk dünyasının vahid valyutası buraxılacaq...”
"Vahid Turan valyutasının adının manat qoyulacağı versiyası daha üstünlük təşkil edir. Çünki 6 türk dövlətindən 4-nün, o cümlədən Azərbaycanın pul vahidi "manat” adlanır...”
 
"Türkiyə dövləti lirəni qəsdən ucuzlaşdırıb... Burada başqa məqsəd var. Hökumət devalvasiyaya getməyəcək, emissiyaya gedəcək, yəni dövriyyəyə əlavə pul buraxacaq... Türklər lirəni dollarla müqayisədən imtina edəcək və həmin müqayisəsin avro ilə aparılmasına çalışacaqlar”. 
Bu gözlənilməz fikirləri Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev ifadə edib.
 
"Məsələ gələcək Turan dövləti ilə bağlıdır. Bu strategiyanın arxasında Türk dünyasının yeni vahid pul buraxması məqsədi dayanır. Vahid Türk valyutasının adının  nə qoyulacağı hələlik tam bəlli deyil. Təngə qoyulması təklifi də var, lirə qoyulması da... Amma manat adlandırılacağı versiyası daha üstünlük təşkil edir. Çünki 6 türk dövlətindən 4-nün, o cümlədən Azərbaycanın pul vahidi "manat” adlanır. Bir sözlə, ola bilər ki, gələcək Turan dövlətinin vahid valyutası manat olsun... 
Kimsə bu məsələlərə şübhə ilə yanaşa bilər. Ancaq görünən odur ki, artıq Turan dövlətinin təməlləri qoyulur və bunun qarşısını heç bir qüvvə ala bilməyəcək... Xüsusən türk dövlətlərininn sonuncu - 12 noyabr  zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının artıq Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi də bunun göstəricisidir...”- deyə politoloq vurğulayıb.
 
Sultan Laçın