Şəfəqə Doğru » Gündəm » Nazir bağçalara baxışın dəyişməsini istədi: “Yoxsa biz təhsildən danışa bilmərik”

Nazir bağçalara baxışın dəyişməsini istədi: “Yoxsa biz təhsildən danışa bilmərik”

Nazir bağçalara baxışın dəyişməsini istədi: “Yoxsa biz təhsildən danışa bilmərik”

"Bildiyimiz kimi, təhsilin keyfiyyətinin artırılmasında və inkişafında məktəbəqədər təhsil müəssisələrinin böyük təsiri var. Deyə bilərəm ki, əgər valideynlər bağçaya işə gedəndə uşağını qoyacaq yer kimi baxırsa, bu yerdə biz təhsildən danışa bilmərik”.



Shafaqadogru.com  xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb:



"Ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692-si dövlətin tabeliyindədir. Orada 126 mindən çox uşaq tərbiyə alır. 133 özəl bağça var ki, orada 5124 uşaq var. İlin əvvəli üçün bağçalarda 17 218 nəfər işçi olub".