Şəfəqə Doğru » Gündəm » “Zavod” çörəyi bu gündən yeni qiymətə satılır

“Zavod” çörəyi bu gündən yeni qiymətə satılır

“Zavod” çörəyi bu gündən yeni qiymətə satılır
Əvvəllər bir ədədi 50 qəpiyə satılan "zavod” (dairəvi) çörəyin qiyməti bu gündən 15 qəpik və ya 30 faiz artırılaraq 65 qəpiyə çatdırılıb. Qiyməti 40 qəpik olan dairəvi çörək isə 50 qəpiyə satılır.
 
Shafaqadogru.com  bildirir ki, artıq bütün çörək satan mağazalarda "zavod” çörəkləri yeni qiymətlərə təklif edilir.
 
 
Qeyd edək ki, çörəyin qiymətinin artırılacağı bir neçə gün öncədən bəlli idi. Bir neçə gün öncə iri un və çörək istehsalçıları müraciət qəbul edərək 50 kq-lıq unun qiymətinin 26 manatdan 36 manata, "zavod” çörəklərinin qiymətinin isə 10-15 qəpik qalxacağını bildirmişdilər.
 
 
Bahalaşmaya əsas səbəb kimi, xaricdə buğdanın qiymətinin kəskin artması göstərilir.
 
Vasif