"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının Qazaxıstanda əsas missiyası başa çatıb”.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentin iclasında məlumat verib.
"İki gündən sonra KTMT-nin vahid sülhməramlı kontingentinin ölkədən mərhələli şəkildə çıxarılmasına başlanılacaq”, - deyə Tokayev əlavə edib.
Prezident həmçinin vurğulayıb ki, Qazaxıstan qanuni olaraq KTMT-yə sülhməramlı kontingentin göndərilməsi xahişi ilə müraciət edib.
Qeyd edək ki, sülhməramlı qüvvələrin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.