Ermənistan, Tacikistan və Qırğızıstandan olan KTMT sülhməramlılarının bölmələri Almaatıdan çıxaraq daimi dislokasiya yerlərinə yola düşüblər.
Məlumata görə, Ermənistandan olan bölmələr Rusiyaya məxsus üç "İl-76” hərbi təyyarəsi ilə Almaatı aerodromundan havaya qalxıb.
Tacik hərbçilər bayram günlərində Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da götürərək Rusiyaya məxsus bir "İl-76” hərbi təyyarəsi ilə yola düşüblər.
Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamətləniblər./TASS
Ermənistan, Tacikistan və Qırğızıstan hərbçiləri Qazaxıstanı tərk etdi
14-01-2022, 11:01 304