Ermənistan Prezidenti Armen Sarkisyanın istefası bu gündən qüvvəyə minib.
Shafaqadogru.com xəbər verir ki, Ermənistan konstitusiyasına görə, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir.
Armen Sarkisyan isə ərizəni geri götürmədiyini bildirib.
Qeyd edək ki, yanvarın 23-də A.Sarkisyan parlamentə istefa ərizəsi göndərib.