Şəfəqə Doğru » Gündəm » “Qayınanasını öldürən gəlinin cinayətini televiziyada göstərmək lazım deyildi...”

“Qayınanasını öldürən gəlinin cinayətini televiziyada göstərmək lazım deyildi...”

“Qayınanasını öldürən gəlinin cinayətini televiziyada göstərmək lazım deyildi...”
"Bu gün efirlərimizi qayınana-gəlin, ər-arvad davasından bəhs edən hadisələr zəbt edib. Belə məlum olur ki, ortada hansısa səbəb var. Ailə quran gəncləri kim çağırıb onlarla danışır?! Kişi arvadını bıçaqlayır, başını kəsir. Bütün bunlar bizim cəmiyyətdə olmayan şeylərdir. Türk dünyasında, müsəlman mühitində olmayan bu kimi hadisələr son 10 ildə çox baş verir”
 
Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlu bu cür hadisələrin efirlərdə müzakirə edilməsinin də əleyhinə olduğunu bildirib:
 
"Burda vətəndaş cəmiyyəti aktiv işləməlidir. Hesab edirəm ki, qayınanasını öldürən gəlinin cinayətini televiziyada göstərmək lazım deyildi. Uşaqlarla işləyən polislərimiz var, onlar evlərə getməlidir, ailələrlə danışmalıdır. Əvvəllər sahə müvəkilləri ailələrlə görüşüb, problemləri ilə maraqlanırdı. İndi isə bunlar yoxdur. Bizdə "Qız atası” deyilən bir serial çəkiblər, adam dəhşətə gəlir. Türkiyə təcrübəsindən öyrənmək lazımdır. Görün orda necə filmlər, zorakılığa qarşı kliplər çəkirlər. Biz bir cəmiyyət olaraq yetişməliyik və bunun qarşısını almalıyıq. Hər şeyi hökumətin boynuna yıxmaq lazım deyil”.