Şəfəqə Doğru » Gündəm » PUTİNİN “CƏHƏNNƏM YAYI” – Yeni əməliyyatın ilk addımlarını müşahidə edirik?

PUTİNİN “CƏHƏNNƏM YAYI” – Yeni əməliyyatın ilk addımlarını müşahidə edirik?

PUTİNİN “CƏHƏNNƏM YAYI” – Yeni əməliyyatın ilk addımlarını müşahidə edirik?

Olimpiya oyunları Vladimir Putin üçün müəyyən mənada yeni geostrateji addımların atılması, imperiyanın bərpası istiqamətindəki planın növbəti ştrixlərinin üzə çıxarılması anıdır. 2008-ci ildəki Pekin olimpiyadasından yararlanaraq, o, prezident Saakaşvilini səhv buraxmağa məcbur edərək, Gürcüstanı silahlı münaqişə təxribatına çəkdi ki, bunun da nəticəsində Cənubi Osetiya faktiki olaraq bu ölkədən ayrıldı. 2014-cü ildəki Soçi qış olimpiyadası isə Krımın ilhaqını ört-basdır etmək üçün istifadə edildi.

Əgər Rusiya Azov dənizi sahili boyunca Krıma yaxın Ukrayna ərazilərini zəbt edərsə, onda 2016-cı il Rio olimpiyadası da həmçinin Mərkəzi Avropada növbəti gərginlik üçün bir fon olacaqmı?

- Yeni əməlyyatlara zəmin hazırlanması?

Minsk razılaşmasının iştirakçıları olan Fransa və Almaniyanın narahatçılığı üçün bütün əsaslar var, ona görə ki, bu yay Putin vaxtı ilə Gürcüstanda işləyən ssenarinin yeni tərəfləri üzərində dayanıb. Belə ki, Ukrayna terrorçuları adlandırılanlar, guya ki, diversiya məqsədi ilə Krıma soxulublar və hətta, Federal Təhqiqat Xidmətinin əməkdaşını və bir əsgəri öldürüblər. Putin bildirib ki, bütün bunlar cavabsız qalmayacaq.

Görəsən Krımda "S-400” raketləri yerləşdiriləcəkmi və ya Ukrayna sərhəddində peyda olan ordu birləşmələri, rusların verəcəyi cavab üçün kifayət olacaqmı? Bəlkədə biz, indi yeni əməliyyatın yalnız ilk addımlarını müşahidə edirik? Əgər əlbəttə ki, bütün bunlar sanksiyaları götürmək üçün Qərbə təzyiq olmaqla məhdudlaşmırsa. Çünki həmin sanksiyalar Rusiya iqtisadiyyatı üçün indiki çətin dövrdə Moskvanın əl-qolunu bağlayır.

Kreml, Brexit-dən sonra Avropadakı parçalanmadan və ABŞ prezidentinin bu işdən kənara çəkilməsindən (ən azından diplomatik sferada) istifadə edə bilər.

Axı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə görüşmək üçün Rusiyaya səfər etməsi faktına ABŞ-ın göz yummasını necə izah vermək olar? Ankaraya təbəssüm göstərən Putin, Vaşinqtona bildirmək istəyir ki, o, Türkiyənin mühüm rol oynadığı NATO-nun bütün şərq cinahını zəiflətmək imkanına malikdir.

- Obama Əsədin vəziyyətini möhkəmləndirir

Türkiyə və Rusiyanın yaxınlaşması, Amerikan diplomatiyasının Yaxın Şərq regionunda qarşılaşdığı və belə vəziyyətlə barışamaq məcburiyyətində qaldığı yeganə problem deyil.

Hələbin tam nəzarət altına alınması uğrunda gedən döyüşlərdə, Bəşər Əsədə qarşı Vaşinqtonun mötədil müxalifətə əsl dəstəyin verilməsini bacarmadığı üzə çıxdı və bu da imkan verdi ki, radikal cihadçılar bütün müxalifəti öz bayrağı altında birləşdirsin. "Fateh əş –Şam” terror təşkilatı tərəfindən Qərbin maraqlarına potensial təhlükə ona gətirib çıxardı ki, amerikanlar bu hərəkata qarşı rusların hava hücumunu müdafiə etdilər. Lakin atəş altında Vaşinqtonun kömək etməli olduğu mötədil qiyamçılar da qalır.

Beləliklə, amerikanlar Moskvanın müttəfiqi olan Bəşər Əsədin mövqelərini bilavasitə gücləndirirlər. Biz heç bilməzdik ki, Obama məhz buna can atır.

Bizim söylədiyimiz kimi, Putinin cəhənnəm yayıdır!