Şəfəqə Doğru » Gündəm » Deputat Fransanın müsəlman ölkəsinə çevrilməsindən qorxduğunu bəyan etdi...

Deputat Fransanın müsəlman ölkəsinə çevrilməsindən qorxduğunu bəyan etdi...

Deputat Fransanın müsəlman ölkəsinə çevrilməsindən qorxduğunu bəyan etdi...
Fransanın Milli Birlik("RN") hərəkatının prezidenti  deputat Jordan Bardella bu ölkənin üç şəhərini Əfqanıstanla müqayisə edib.
 
Shafaqadogru.com  xəbər verir ki,  Bardella bu barədə  "CNews" kanalında danışıb.
O, Fransanın Trappe, Rube və Sen-Deni şəhərlərini Əfqanıstanla müqayisə edib. Deputat hesab edir ki, adları çəkilən şəhərlər "miniatürdə kiçik İslam respublikalarıdır”.
 
 "Gözəl ölkəmiz Fransadan daha çox Əfqanıstana bənzəyən  bu şəhərlər, əgər indi hərəkətə keçməsək, indi nəzarəti ələ keçirməsək, bütün ölkənin gələcəyi ola bilər" -deyə hərəkat lideri bildirib.
 
Bardella Fransanın Trappe şəhərini "İslamın Avropa paytaxtı" hesab edən İslam eksperti Jill Kepeldən sitat gətirərək deyib ki, burada müsəlmanların əksəriyyətini təşkil edən müştəriləri əldə saxlamaq üçün şəhərin bəzi barlarında spirtli içkilər qadağan edilib.
 
Sultan Laçın