Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtərin Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri və rayonun Qapanlı və Yuxarı Qaradağlı kəndləri heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Shafaqadogru.com xəbər verir ki, son on beş ayda həmin kəndlərə bircə güllə də atılmayıb. Yalnız ötən gecə bu sabitlik pozulub.
Süjetdə yaşayış evinə dəymiş ziyandan da söz açılıb.
Həmin reportajı təqdim edirik: