Şəfəqə Doğru » Gündəm » Bölgələrdə həkim çatışmazlığı var – Rəsmi

Bölgələrdə həkim çatışmazlığı var – Rəsmi

Bölgələrdə həkim çatışmazlığı var – Rəsmi

"Azərbaycanın bölgələrində ixtisaslaşmış həkimlərin çatışmazlığı ilə üzləşirik”.

 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov "İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbirdə deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda əsas multidisiplinar xəstəxanalar Bakıda yerləşir:

 

"Buna görə də vətəndaşlar tibbi xidmət almaq üçün regionlardan Bakıya üz tuturlar. Məqsədimiz odur ki, bölgələrdə multidisiplinar xəstəxanalar yaradaq və regionlardan insanların Bakıya gəlməsinə ehtiyac qalmasın”.

 

Departament rəhbəri bildirib ki, ölkədə 1300 təcili tibbi yardım maşını fəaliyyət göstərir.