Şəfəqə Doğru » Gündəm » Kəlbəcərdən qaçmış erməni Şuşa yolunda Rusiya "BTR"-nin altında qaldı...-FOTOLAR

Kəlbəcərdən qaçmış erməni Şuşa yolunda Rusiya "BTR"-nin altında qaldı...-FOTOLAR

Kəlbəcərdən qaçmış erməni Şuşa yolunda Rusiya "BTR"-nin altında qaldı...-FOTOLAR
Gecə saatlarında "Caliber"in yazdığı məlumata görə,  Xankəndidən Şuşaya qalxan yolda Rusiyanın zirehli transportyoru ermənilərin idarə etdiyi "Mercedes"ə çırpılıb. İlkin məlumata görə, bir nəfər ölüb, bir nəfər yaralanıb. Həmçinin, sülhməramlıların həmin ərazidə yolu bağladığı bildirilib.
Moderator.az səhər saatlarında Rusiya Müdafiə Nazirliyi və  erməni mənbələrinin hadisə haqdakı son məlumatını öyrənməyə çalışıb.
 
"Sputnik Armenia"nın yaydığı məlumata görə, Xankəndi-Şuşa yolunun 10-cu kilometrliyində qəza baş verib, bir nəfər xəsarət alıb. Bu barədə  Qarabağdakı separatçı-terrorçu rejimin qanunsuz  "fövqəladə hallar xidməti" xəbər verib. Hadisə fevralın 9-da saat 17:35 radələrində baş verib. İlkin məlumatlara görə, avtomobil Rusiya sülhməramlı qüvvələrinin zirehli texnikasına çırpılıb, ölən var.
Xəbərdə o da bildirilir ki, zərər çəkən erməni  Kəlbəcər şəhərində qanunsuz "qeydiyyat"da olan 35 yaşlı N.X.-dır.  Bədən xəsarətləri alan şəxs  Xankəndindəki xəstəxanaya yerləşdirilib.
Bu dəqiqələrədək Rusiya MN  Xankəndi-Şuşa yolunda "sülhməramlı"ların iştirakıyla baş vermiş hadisə haqda heç bir məlumat yaymayıb.