Şəfəqə Doğru » Gündəm » Ukrayna və Rusiya ilə bağlı sevindirici xəbər: Razılıq əldə olunacaq

Ukrayna və Rusiya ilə bağlı sevindirici xəbər: Razılıq əldə olunacaq

Ukrayna və Rusiya ilə bağlı sevindirici xəbər: Razılıq əldə olunacaq

Rusiya və Ukrayna arasında bir və yaxud iki həftə ərzində sülh sazişinə nail olmaq olar.

Shafaqadogru.com "TASS”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç yutubda "Feyqin Live” kanalına müsahibəsində deyib.

"Düşünürəm ki, çox güman ki, may ayından gec olmayaraq, mayın əvvəlində və bəlkə də daha tez sülh razılaşmasına nail ola bilərik. Ola bilsin ki, daha tez, bir, iki həftə və yaxud danışıqların daha bir raundundan sonra may ayının sonuna kimi razılığa gələ bilərik”, - deyə Arestoviç söyləyib.

Xatırladaq ki, fevralın 28-də Belarusun Qomel vilayətində ilk Rusiya-Ukrayna danışıqları keçirilib. Martın 3-də Belovejskaya Puşçada keçirilən danışıqların ikinci raundunun nəticələrindən biri tərəflər arasında sakinlərin təxliyəsi üçün humanitar dəhlizlər haqqında razılaşma olub.

Martın 7-də Brest vilayətində nümayəndə heyətləri üçüncü dəfə görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında da görüş keçirilib.

Martın 14-ü isə nümayəndə heyətləri arasında videoformatda danışıqlar davam etdirilib.