Şəfəqə Doğru » Gündəm » Putini duelə çağıran Mask Kadırova cavab verib: “Yalnız sol əlimlə döyüşəcəm”

Putini duelə çağıran Mask Kadırova cavab verib: “Yalnız sol əlimlə döyüşəcəm”

Putini duelə çağıran Mask Kadırova cavab verib: “Yalnız sol əlimlə döyüşəcəm”

"SpaceX” və "Tesla” şirkətlərinin sahibi İlon Maskın Rusiya prezidenti Vladimir Putini Ukrayna uğrunda təkbətək duelə çağırmasından sonra Çeçenistan rəhbəri Ramzan Kadırov Kremlin rəhbərini müdafiə edib.

 

Shafaqadogru.com  xəbər verir ki, Telegram-dakı paylaşımında Kadırov milyarderi  alçaltmaq üçün onu "İlona” qadın adı ilə çağırıb və Putinlə görüşə hazırlaşmaq üçün Çeçenistanda xüsusi təlimlər keçməyi təklif edib.

 

İlon Mask da Tvitter-də Kadırova cavab verib. Kadırovun təklifinin ona Putin qarşısında həddindən artıq üstünlük verəcəyini bildirən Mask Putinlə yalnız bir əli ilə vuruşacağını vəd edib.

 

"Təklif üçün təşəkkür edirəm, amma belə əla məşq mənə həddən artıq üstünlük verərdi. Əgər o (Putin) döyüşməkdən qorxursa, mən yalnız sol əlimdən istifadə etməyə hazıram, hətta solaxay da deyiləm", - Mask Kadırova bildirib.

 

Xatırladaq ki, daha əvvəl SpaceX və Tesla şirkətlərinin yaradıcısı və ixtiraçı İlon Mask Rusiya Federasiyasına qarşı mübarizə aparan Ukraynaya dəstək ifadə etmişdi. O, sosial şəbəkədə "Ukrayna, dayan" yazıb.

 

Növbəti tvitində Mask "bunu istəməyən (Rusiyanın Ukraynaya qarşı müharibəsini nəzərdə tutur – red.) Rusiyanın böyük xalqına” başsağlığı verib.