Martın 25-də Əsgəran ərazisində erməni silahlı dəstələri ilə yerli əhali arasında qarşıdurma olub. Alp.az Meqa.am saytına istinadən xəbər verir ki, Əsgəran rayonu Fərrux kəndi yaxınlığında Suriyadan bu əraziyə köçrülmüş ermənilərlə Xankəndindən əraziyə gətrilmiş erməni silahlıları arasında qalmaqal silahlı atışmaya çevrilib. Məlumata görə atışmada kənddə məskunlaşan 1956-cı il təvəllüdlü Manvel Kirokosyan öldürülüb.
"Kənd əhalisi Xankəndindən gələn ermənilərin onların kənddən çıxmasına imkan vermir. Xankəndindən gələn silahlılar kənddə məskunlaşan ermənilərin kənddə çıxmaması üçün post quraşdırıblar. Əhali isə məcburən kənddə qalmaq istəmədiklərindən əmlaklarını da götürüb kəndi tərk etmək istəyir. Kəndə sülhməramlı əsgərlər də gəlib” – Meqa.am saytı qeyd edib.