Şəfəqə Doğru » Gündəm » Şokolad barəsində şok həqiqət: Bunu hər kəs bilməlidir ki...

Şokolad barəsində şok həqiqət: Bunu hər kəs bilməlidir ki...

Şokolad barəsində şok həqiqət: Bunu hər kəs bilməlidir ki...
Çoxları şokoladı ziyanlı şirniyyat hesab edir, lakin tünd şokolad hətta faydalı ola bilər.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə ABŞ- ın "Eat This, Not That" nəşri yazıb.
 
Müəllif bu yaxınlarda şokoladın xüsusiyyətlərinə həsr edilən bir araşdırmadan söhbət açıb. 
 
Ürəyiniz sizə minnətdar olacaq
 
Siz şokolad barədə "qeyri- sağlam" qida kimi düşünə bilərsiniz, amma əslində tünd şokolad bir çox hallarda- əhval- ruhiyyənizdən tutmuş dərinizədək faydalı ola bilər.
 
Tünd şokoladın bir- iki kəsimi çox faydalı ola bilər. Bu yaxınlarda aparılan tədqiqat sübut edib ki, qida rasionuna kakao ekstraktının əlavə edilməsi ürək- damar xəstəliklərindən ölüm riskini azalda bilər.
 
Mart ayında "Amerikanın kliniki qidalanma jurnalı"nda dərc edilən tədqiqatda 60 yaşadək olan amerikalılar iştirak edib. Alimlər onları müşahidə edib, bir neçə ildən sonra isə bəzi iştirakçıların qida rasionuna kakao ekstraktı əlavə ediblər.
 
Əlavə alanlar arasında ürək- damar xəstəliklərindən ölüm halları az olub.
 
"Biz aşkar etdik ki, tərkibində flavanol maddəsi olan kakaonun qida rasionuna əlavə edilməsi ürək- damarla bağlı kliniki problemləri, o cümlədən ölüm hallarını 27 faiz azaldır", tədqiqatın müəllifi, tibb elmləri doktoru və ictimai səhiyyə magistri Qovard Sesso deyib.
 
Flavanollar toz formalı kakaoda, şokoladda və başqa məhsulların tərkibində olan birləşmələrdir və sağlamlığa böyük fayda gətirir. 2014- cü ildə flavanol- kakao ilə bağlı
aparılan və "The American Journal of Clinical Nutrition"  jurnalında dərc edilən tədqiqat göstərib ki, onlar yaşla bağlı koqnitiv funksiyaların pisləşməsindən qorunmaq üçün əhəmiyyətli rol oynayır.
 
Bundan başqa, 2005- ci ildə aparılan və Amerika kardioloji assosiasiyasının  "Hypertension" jurnalında dərc edilən tədqiqat sübut edib ki, şokoladın tərkibində olan flavanollar  arterial təzyiqi aşağı salır.
 
Alimlər M&M'S, Snickers, Twix, Dove və başqalarının sahibi olan "Mars İncorporated" şirkətindən qrantlar alıb. O, əlavələri və tədqiqat üçün qablaşdırmanı tədqim edib. Lakin tədqiqatın nəticələri yalnız şokolad məhsularının çərçivəsindən kənara çıxıb.
 
"Flavanollar təkcə kakao- paxlada deyil, həm də giləmeyvələrdə, çayda və üzümdə, habelə başqa meyvə və tərəvəzlərdə də var ki, onlar da sağlam qidalanmanın mühüm hissəsidir, -Sesso deyib. Bu, şokoladın deyil, kakao ekstraktının əlavəsinin sınağı olub.
 
O, əlavə edib ki, kakao flavanolları ürək- damar sisteminin sağlamlığına təsir etdiyindən, əlavə öyrənilməsi tələb olunur. 
 
Bununla yanaşı, tünd şokoladın sağlamlığa faydasının sübut edilməsini nəzərə alaraq, mağazaya nöbvəti gedişinizdə dadı xoşunuza gəlirsə bir plitka tünd şokolad almağı yaddan çıxarmayın.
 
Müəllif: Klara Olşanski