Şəfəqə Doğru » Gündəm » AZAD EDİLƏN ŞƏHƏRLƏRDƏN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Ruslar soyqırım törədiblər + VİDEO (16+)

AZAD EDİLƏN ŞƏHƏRLƏRDƏN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Ruslar soyqırım törədiblər + VİDEO (16+)

AZAD EDİLƏN ŞƏHƏRLƏRDƏN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Ruslar soyqırım törədiblər + VİDEO (16+)

Ukrayna ordusunun əks hücumu nəticəsində işğalçılardan azad edilən ərazilərdən dəhşətli görüntülər gəlməkdə davam edir. Ukrayna mediasında paylaşılan görüntülərdə Kiyev vilayətinin Buça, İrpen və Qostomel şəhərlərində kütləvi dağıntıların olduğu, yüzlərlə insanın öldürüldüyü əks olunub.

Shafaqadogru.com  Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiya hərbçiləri Buça, İrpen və Qostomel şəhərlərində yerli əhaliyə qarşı soyqırım törədiblər.

Məlumatda qeyd olunur ki, şəhərin küçələri yanmış avtomobillərlə yanaşı, insan meyitləri ilə doludur. Yerli hakimiyyət orqanlarının məlumatına görə, həlak olanlar arasında azyaşlı uşaqlarda var.

Buça şəhərinin meri Anatoli Fedoruk nildirib ki, şəhərdə aşkar olunan kütləvi məzarlıqda 280 nəfər mülki vətəndaş dəfn edilib: "Ölənlərin əksəriyyətinin qollarında ağ sarğı olub, bu da xalqın silahsız olduğunu göstərir”.

"Reuters” agentliyinin Buçadan paylaşdığı peyk görüntülərində isə şəhərin Andrey Pervozvanno kilsəsi adlanan ərazisində 13,7 metr uzunluğunda xəndək qazıldığı görünür. Qeyd edilir ki, təkcə kilsənin ərazisində 67 mülki vətəndaş basdırılıb.

İrpen şəhərinin meri Aleksandr Markuşin bildirib ki, Kiyev vilayətinin İrpen şəhərində rus hərbçiləri qızları və qadınları güllələyib, sonra da tanklarla onların üzərindən keçiblər: "Şəhərdə 300-ə qədər mülki şəxs həlak olub. Bu gün əsas vəzifəmiz həlak olan vətəndaşların cəsədlərini küçələrdən toplamaqdır”.

Həmin görüntüləri təqdim edirik:

"AzPolitika.info”