Şəfəqə Doğru » Gündəm » Mişeldən İlham Əliyevlə Paşinyan arasındakı görüşlə bağlı açıqlama: "Sülh müqaviləsinin hazırlanması..."

Mişeldən İlham Əliyevlə Paşinyan arasındakı görüşlə bağlı açıqlama: "Sülh müqaviləsinin hazırlanması..."

Mişeldən İlham Əliyevlə Paşinyan arasındakı görüşlə bağlı açıqlama: "Sülh müqaviləsinin hazırlanması..."

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Şarl Mişel tviter hesabında yazıb.

Bildirib ki, görüş konkret və nəzərəçarpacaq nəticələrlə məhsuldar olub.

Avropa İttifaqı Şurasının prezidenti həmçinin gələcəkdə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək öhdəliyinə işarə edib.