Şəfəqə Doğru » Gündəm » Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə nə vaxt veriləcək?

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə nə vaxt veriləcək?

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə nə vaxt veriləcək?

"Birinci Qarabağ müharibəsi əlillərinə, həmçinin vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sosial proqramın icrası üçün hazırlıq işləri aparılır".

 

Shafaqadogru.com  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə bildirib.

 

A.Əliyev qeyd edib ki, ölkə başçısının müvafiq fərmanı ilə 1997-ci il avqustun 2-dək ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilən şəxslərə, həmçinin vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq.