Şəfəqə Doğru » Gündəm » Azərbaycanın Rusiyadan buğda asılılığı azalır – RƏQƏMLƏR

Azərbaycanın Rusiyadan buğda asılılığı azalır – RƏQƏMLƏR

Azərbaycanın Rusiyadan buğda asılılığı azalır – RƏQƏMLƏR

Azərbaycanın Rusiyadan buğda idxalında asılılığının azalması müşahidə edilir.


Shafaqadogru.com bu ilin yanvar və fevral aylarına aid olan ticarət göstəricilərinə əsasən bildirir ki, Rusiyanın buğda idxalında payı 50 faizdən aşağı düşüb.


Xatırladaq ki, ötən il ölkəmizə gətirilən buğdanın 95 faizi Rusiyadan alınmışdı.


Rəsmi məlumatlara görə, ilk 2 ayda 150,6 min ton buğda idxal etmişik. Bunun 81,8 min tonu, yəni 54,3 faizi Qazaxıstandan, 68,814 min tonu və ya 45,7 faizi Rusiyadan gətirilib.


Bu məlumatdan göründüyü kimi, Azərbaycan buğda idxalında Qazaxıstanın payını kəskin artırıb. Ötən il Qazaxıstandan il ərzində 57 min ton buğda alınmışdı ki, bu da ikiaylıq göstəricidən azdır.