Şəfəqə Doğru » Gündəm » Jurnalistlərin iqtisadi müstəqilliyi gücləndirilir

Jurnalistlərin iqtisadi müstəqilliyi gücləndirilir

Jurnalistlərin iqtisadi müstəqilliyi gücləndirilir
"Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının əsas istiqamətlərindən biri də jurnalistlərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəstəyin göstərilməsidir”.

Shafaqadogru.com  xəbər verir ki, bunu MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib.

Onun sözlərinə görə, bununla bağlı MEDİA tərəfindən bir sıra təkliflər hazırlanıb: "Hazırda təkliflərlə bağlı aidiyyəti strukturlar tərəfindən araşdırma aparılmaqdadır”.