Şəfəqə Doğru » Gündəm » Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı dəhşətli faktar açıqladı - VİDEO

Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı dəhşətli faktar açıqladı - VİDEO

Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı dəhşətli faktar açıqladı - VİDEO
Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunmuş azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.
 
O, bu gün səhər saatlarında Macarıstanın paytaxtı Budapeştdən Bakıya, ordan da yaşadığı Neftçala rayonuna gəlib.
 
Ailəsinə qovuşan tələbə rayonda sevinclə qarşılanıb. Valideynləri oğullarının buraxılmasında səy göstərən hər kəsə təşəkkür ediblər.
 
Hüseyn isə Ukrayna ərazisində necə girov götürülməsindən danışıb. Bildirib ki, martın 17-də Ukraynanı tərk etmək istəyən zaman qurulan postların birində saxlanıb.
 
Bundan sonra Hüseyn yanında olan bir neçə nəfərlə birlikdə işgəncələrə məruz qalıb. Dediyinə görə, tələbə biletini göstərib, təhsil üçün Ukraynada olduğunu desə də, buna əhəmiyyət verməyiblər.
 
Xatırladaq ki, Neftçala rayon sakini olan Hüseyn Abdullayev bir həftə öncə girovluqdan azad olunaraq Azərbaycan diaspor nümayəndələrinə təhvil verilşb. O, əvvəlcə Polşaya, sonra Macarıstana keçib, oradan da Azərbaycana gəlib.
 
Shafaqadogru.com Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: