Şəfəqə Doğru » Gündəm » "Putin ölkəsini bütün dünyada rüsvay edib və hələ uzun illər rus olmaq utanc hissi yaradacaq"

"Putin ölkəsini bütün dünyada rüsvay edib və hələ uzun illər rus olmaq utanc hissi yaradacaq"

"Putin ölkəsini bütün dünyada rüsvay edib və hələ uzun illər rus olmaq utanc hissi yaradacaq"
"Putin ukraynalılara nifrət edir. Bu, gerçək soyqırımdır, özü isə hərbi cinayətkardır"
 
"Rusiya cəmiyyəti qəsdən vurusa yoluxdurulub və gerçəkdən xəstədir"
 
Rusiya prezidenti Vladimir Putin ölkəsini bütün dünyada rüsvay edib.
 
Shafaqadogru.com xəbər verir  ki, bu barədə "QORDON"  internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində biznesmen, "KAN Development" tikinti şirkətinin təsisçisi İqor Nikonov bəyan edib.
 
"Putinin ağlı qaçıb. Bəzən düşünürdüm ki, nədən ilk baxışdan axmaq olmayan, dünyanın quru hissəsinin altıda birinə hakimlik edən bir adam NATO- ya inteqrasiya olunmaq əvəzinə əks istiqamətdə hərəkət edib. Hansısa metamorfoza baş verib. O, başqa yol tutub. Onu hərəkət etdirən nədir? Bu gün mən burada yalnız Ukraynaya, üstəlik ukraynalılara nifrəti görürəm. Hətta millət kimi deyil, vətəndaş kimi nifrətdən söhbət gedir. Onların apardığı müharibə gerçəkdən soyqırımdır. Bu, şəksizdir. Onlar daha çox bombalaya bilərmi? Bəli. Ona görə də mən hesab edirəm ki, Putin hərbi cinayətkardır", - Nikonov deyib.
 
O, vurğulayıb ki, öz hərəkətlərilə Putin ölkəsinin və xalqının gələcəyinin üzərindən xətt çəkib.
 
"Rusiyalıların etimadına malik olarkən o, Rusiyanın inkişafı və dünya birliyinə inteqrasiya yolu ilə getməyib. O, Sovet İttifaqını geri döndərmək lazım olduğunu hesab edib. Artıq repressiyalar vüsət alıb. Bütün yaramayan insanlar buna məruz qalacaq. Rusiyalılar bəhanəsiz qorxurlar. Amma bu adamlar anlamalıdır ki, Putin ölkəni bütün dünyada rüsvay edib, hələ uzun illər rus olmaq utanc hissi yaradacaq. O, uşaqların gələcəyini əlindən alıb, istedadlı insanların dünya elminə, dünya incəsənətinə yiyələnmək imkanını əlindən alıb. Nəyin xatirinə?", - Nikonov sual edib.
 
Rusiya təbiğatçıları Rusiya cəmiyyətini nifrət virusuna yoluxdurur.
"Solovyov, Skabeyeva, Kiselyov və başqaları, sadəcə, hərbi cinayətkarlar deyil, onlardan öndədir. Bu adamlar cəmiyyəti nifrət virisu ilə yoluxduraraq bütün dünyaya təhlükə törədirlər", - biznesmen qeyd edib.
 
Onun sözlərinə görə, Ukrayna öz informasiya siyasətini aparmalı və Rusiyanın təbliğatına müqavimət göstərməlidir.
 
"Rusiya cəmiyyəti gerçəkdən xəstədir. Onu qəsdən virusa yoluxdurub idarə edirlər. Biz insanlara həqiqəti danışmalıyıq. Biz ruhdan düşməməliyik. Biz Rusiya vətəndaşları olmadan hakimiyyəti kənarlaşdıra bilməyəcəyik. Bunu anlamaq gərəkdir. Ona görə də öz xəttimizi, öz platformalarımızı, öz kanallarımızı işə salmalıyıq ki, hələ tam xəstə olmayanları dürüst informasiya ilə təmin edək. Texniki metodlarla Rusiya təbliğatını məhv etməliyik. Məni təəccübləndirən Avropada indiyədək bir dənə də olsun Ukrayna kanalının olmamasıdır", -  Nikonov vurğulayıb.